Fransada İslam dini mənsublarına qarşı aksiyalar davam edir.
Bizim.Media xəbər verir ki, bunu Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Hacı Allahşükür Paşazadə Bakıda keçirilən "Müxtəlifliyin qorunması: 2024-cü ildə İslamofobiya ilə mübarizə" mövzusundakı beynəlxalq elmi konfransda deyib.
O deyib ki, bu ölkədə etiqad azadlığı ciddi təhlükə altındadır.
“İslam Peyğəmbərinin karikaturalarının çəkilməsi, "Qurani-Kərim"in yandırılması, publik təhqir olunması halları, məscidlərə qarşı təcavüz — XXI əsrdə özünü demokratik elan edən Avropanın reallığıdır. İslamı düşmən elan edənlərin apardığı yanlış siyasət son 30 ildə müsəlmanların Qərb ölkələrinə miqrasiyasını sürətləndirib ki, bu da Qərbin Yaxın və Orta Şərqdə, eləcə də Afrikadakı hərbi əməliyyatlarının fəsadıdır.
Məhz bu silahlı müdaxilələr insanları yurdlarını tərk etməyə vadar edir, Avropadakı ekstremist təşkilatlar isə mühacirət etdikləri üçün məcburi miqrantları təzyiqlərə məruz qoyurlar. Beləliklə, müsəlmanların mühacirətini və islamofobiyanı doğuran səbəblər eyni mənbənin siyasətinin acı nəticəsidir”, - o əlavə edib.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
10:40 / 08.03.2024
QMİ sədri: Fransada etiqad azadlığı ciddi təhlükə altındadır
Hazırda oxunan: QMİ sədri: Fransada etiqad azadlığı ciddi təhlükə altındadır
Hazırda oxunan: QMİ sədri: Fransada etiqad azadlığı ciddi təhlükə altındadır
181649
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.