Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində sənətşünaslıq üzrə fəlsəfə doktoru Fəxriyyə Liliparın təqdimatında “Qardaşı qətlə, bacısı təcavüzə məruz qalan bəstəkarın qaçqınlıq həyatı” adlı süjet hazırlanıb.
Bizim.Media xəbər verir ki, verilişdə qədim İrəvanın Azərbaycan musiqi sənətinə verdiyi ən dəyərli simalardan biri, Xalq artisti, Dövlət mükafatı laureatı, bəstəkar Səid Rüstəmovun İrəvandan məcburi köçməsindən bəhs olunur.
Bildirilib ki, 1907-ci il mayın 12-də İrəvanın Şəhər məhəlləsində anadan olan Səid Mirəli oğlu Rüstəmovun evləri İrəvanda, Göy məscidin yanında idi. Türkiyədən qayıtdıqdan sonra evlərini dağılmış görən Rüstəmovlar ailəsi 1919-cu ildə Gəncəyə köçürlər. Burada Səidin böyük qardaşı Mir Hüseyn ermənilər tərəfindən öldürülür. Ailə Gəncədə çox qalmır və Ağdaşda məskunlaşır.
Süjetdə vurğulanıb ki, bəstəkar, dirijor və pedaqoq kimi tanınan, fəaliyyəti və həyatı boyu vətən nisgili yaşayan sənətkar 1983-cü il iyunun 10-da Bakıda dünyasını dəyişib və I Fəxri xiyabanda dəfn olunub.
Diqqətə çatdırılıb ki, ictimai xadim kimi də tanınan Səid Rüstəmov yaradıcılığında yaşadığı yanğıları, nisgilini əsərləri ilə izhar edib.
Süjetdə şahidlər Rüstəmovlar ailəsinin acı taleyindən faktlarla söhbət açırlar.
Daha ətraflı süjetdə:
- A-
- A
- A+
Cəmiyyət
01:10 / 08.03.2024
Qərbi Azərbaycan Xronikası: Bəstəkar Səid Rüstəmovu İrəvandan köçməyə məcbur etdilər - VİDEO
Hazırda oxunan: Qərbi Azərbaycan Xronikası: Bəstəkar Səid Rüstəmovu İrəvandan köçməyə məcbur etdilər - VİDEO
Hazırda oxunan: Qərbi Azərbaycan Xronikası: Bəstəkar Səid Rüstəmovu İrəvandan köçməyə məcbur etdilər - VİDEO
181622
Bizim.Media
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.