Sabah 8 Mart - Beynəlxalq Qadınlar Günüdür. Yəni qadınların bayramıdır. Əslində qadınlar hər gün diqqət mərkəzindədirlər. Onlar təkcə kişilərin həyatına yox, dünyaya da rəng qatırlar. Axı, kişiləri həyata gətirən və onlara ilk arxa duran da qadınlardır.
Ona görə də kişilər hər zaman qadınlara diqqət etməyə borcludurlar. 8 martda isə kişilərin “vəzifə” məsuliyyəti birə-beş artır. Hər bir qadın, qız sevdiklərindən bu gün xüsusi diqqət gözləyir.
Bəs, qadınlar üçün ən gözəl hədiyyə nədir?
Məsələ ilə bağlı psixoloq Gülnar Orucovanın fikirlərini öyrəndik. O, Bizim.Media-ya açıqlamasında bildirdi ki, zərif və incə qadınlar gül alan kişiləri daha çox sevirlər:
“Çünki gül almaq həm də ürək istəyir. Bəzən hədiyyə alanda fikirləşirik ki, eləsini seçək ki, o uzun müddət saxlanılsın. Gül isə ən yaxşı halda 3 gün qalır. 3 günə solan və atılan hədiyyəyə pul qıyan kişilər qadınların gözündə hər zaman yüksəkdə dayanır. Çünki gül qadınları bir anlıq da olsa xoşbəxt edir, çöhrəsinə təbəssüm gətirir. Bir təbəssümə bir dəstə gül bağışlayan kişilərə sadəcə “əhsən” düşür”.
Gülnar Orucova bir maraqlı məqama da toxunub:
“Bəzi kişilər qadınlara 8 martda pul verir. Bunu da belə izah edir ki, “öz istədiyini alarsan”. Amma diqqətcil kişi bilməlidir ki, qadını nəyi sevir, nəyə dəyər verir. Ona görə də bayramda qadına pul vermək doğru deyil. Yaxşı olar ki, kişilər təkcə 8 martda deyil, digər vaxtlarda da sevdikləri qadına gül hədiyyə etsinlər”.
Surxay Atakişiyev, Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
14:20 / 07.03.2024
8 Mart hədiyyəsi alarkən nələrə diqqət edilməlidir? – MÜHÜM TÖVSİYƏLƏR
Hazırda oxunan: 8 Mart hədiyyəsi alarkən nələrə diqqət edilməlidir? – MÜHÜM TÖVSİYƏLƏR
Hazırda oxunan: 8 Mart hədiyyəsi alarkən nələrə diqqət edilməlidir? – MÜHÜM TÖVSİYƏLƏR
181506
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.