Sfera.az xəbər verir ki, xidməti silahla ehtiyatsız davranma səbəbindən aldığı güllə yarasından vəfat edən Füzuli Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin baş inspektoru, baş leytenant İlkin Qasımovun fotosunu təqdim edir.
Qeyd edək ki, İ. Qasımov ailəli və 2 azyaşlı uşaq atası olub.
Hadisənin hansı şəraitdə baş verməsi hələlik tam aydınlaşmayıb.
Faktla bağlı araşdırmalar davam etdirilir. (Qafqazinfo)
