Azərbaycanda kolleclər LƏĞV OLUNUR? – Rəsmi AÇIQLAMA 

Azərbaycanda kolleclər LƏĞV OLUNUR? – Rəsmi AÇIQLAMA 

Hazırda oxunan: Azərbaycanda kolleclər LƏĞV OLUNUR? – Rəsmi AÇIQLAMA 

181393

Kolleclərin böyük əksəriyyəti müasir dövrün çağırışlarına cavab vermir və maddi texniki bazaları zəifdir, əmək bazarı ilə ayaqlaşmır. Bir çox hallarda qeyri-şəffaf yollarla kolleclərdən məzun olanlar, əmək bazarında yararsız olduğuna görə, işsiz qalırlar. 

Bütün bunları nəzərə alsaq, kolleclərin ləğvinin zəruri olduğunu söyləyə bilərikmi?

Təhsil eksperti Kamran Əsədov kolleclərin ləğv olunmasının tərəfdarı olduğunu bildirib: 

“Hazırda Azərbaycanda 54 orta ixtisas təhsil müəssisəsi, yəni kollec var. Ümumilikdə 60 mindən çox tələbə subbakalavr pilləsi üzrə təhsil alır. Etiraf etməliyik ki, bu gün kolleclər əmək bazarına uyğun kadr hazırlaya bilmirlər. Bunun əsas səbəbi odur ki, Qarabağ hadisələrindən sonra kolleclərə məcburi köçkünlər yerləşdirildi, oradakı infrastruktur və avadanlıqlar dağıdıldı. 

Bundan başqa, Sovet dövründə kolleclər zavod və fabriklər üçün kadr hazırlayırdılar. Lakin müstəqillikdən sonra zavodlar və fabriklərin böyük əksəriyyəti bağlandığı üçün, kolleclər daha çox digər ixtisaslara uyğun mütəxəssis hazırlamalı idi. Lakin həmin pilləyə qəbulda qeyri-şəffaflıq həm insanların kolleclərə inamını, etibarını azaltdı, həm də burada kadr hazırlığı çox zəif təşkil olunmağa başladı”. 

Ekspert ölkədə yalnız tibb kolleclərindən razılıq edildiyinə diqqət çəkib:

“Bu gün biz ancaq tibb kolleclərinin haqqında həvəslə və razılıqla danışa bilərik. Amma çox təssüflər olsun ki, pedaqoji profilli kollecləri bitirib, müəllim olanların nəticələri ürəkaçan deyil. Hesab edirəm ki, kolleclər ləğv olunmalı və ali təhsil müəssisələrində bir pillə olmalıdır. 

Düzdür, kollec məzunları subbakalavr statusunda ali təhsil müəssisələrinə qəbul oluna bilirlər Lakin mən hesab edirəm ki, onları subbakalavr statusunda yox, natamam ali təhsilli pilləsində qəbul etməliyik. 

Düzdür, bir sıra kollecləri universitetlərin nəzdinə veriblər, lakin bu, ad dəyişikliyindən başqa bir şey deyil”.

Elm və Ali Təhsil üzrə Dövlət Agentliyindən Bizim.Media-ya bildirilib ki, sözügedən məsələ ilə bağlı hər hansı qərar qəbul edilməyib və yeniliklər olduğu təqdirdə bu barədə ictimaiyyətə  məlumat bildirilir.  

Nuranə Daxilqızı, Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO