Azərbaycanda ana gözlərini oğluna verdi - VİDEO

Azərbaycanda ana gözlərini oğluna verdi - VİDEO

Hazırda oxunan: Azərbaycanda ana gözlərini oğluna verdi - VİDEO

181323
"Gözlərim tutulandan sonra yatmağı çox sevirəm. Çünki yuxuda uşaqlarımı görürəm”.

Sfera.az xəbər verir ki, bunu Baku TV-də yayımlanan "Arzunun vaxtı” verilişinin növbəti qəhrəmanı Türkan Hüseynova deyib.

Görmə məhdudiyyətli Türkanın üç övladı var. Sonuncu övladına hamilə olarkən həkimlər ona bu uşağı dünyaya gətirəcəyi təqdirdə görmə qabiliyyətini itirəcəyini deyib. Lakin ana övladının həyatını üstün tutaraq gözlərini ona qurban verib.

Ən böyük arzusu övladlarının üzünü görmək olan ana onları böyüdərkən yaşadığı çətinliklərdən də bəhs edib.

"Kirayə yaşadığmız evi dəyişəndə əziyyət çəkirik. Mühitə alışıram, sonra başqa evə köçməli oluruq və hər şey yenidən başlayır”, - deyə o qeyd edib.
 
| ]
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO