Almaniyada

Almaniyada "Azərbaycanlı Tələbə və Elmi İşçilər Birliyi"nin 10 İllik yubileyi qeyd edildi

Hazırda oxunan: Almaniyada "Azərbaycanlı Tələbə və Elmi İşçilər Birliyi"nin 10 İllik yubileyi qeyd edildi

181244
Almaniyada fəaliyyət göstərən "Azərbaycanlı Tələbə və Elmi İşçilər Birliyi"nin (ATEİB; almanca: VASW eV.) hər il təşkil etdiyi illik görüş bu dəfə təntənəli xa010 İllik Yubiley tədbiri ilə yadda qaldı. Almaniyanın ən gözəl və qədim şəhərlərindən biri olan Marburgda keçirilən tədbirdə 80-dən çox Azərbaycanlı tələbə və elmi işçi iştirak etdi.xa0

Yubileylə əlaqədar bu dəfəki illik görüşün proqramı daha zəngin, əyləncə hissəsi daha təmtəraqlı keçdi. Bundan başqa, rəsmi hissədə təşkilatın yaranma tarixini, təşəbbüskarları və 10 il müddətində uğurla başa çatdırılmış işləri yada salan təqdimat edildi, həmçinin illik hesabat dinlənildi. Beləliklə, köhnə idarə heyəti buraxıldı və üzvlər yeni idarə heyətini seçdilər. 2017/18 fəaliyyət ili üçün seçilmiş yeni idarə heyətində təşkilatın yaranmasında və sonrakı fəaliyyətində yaxından iştirak etmiş şəxslər də təmsil olunur. Son illər bir neçə ciddi layihəyə başlamış ATEİB-in növbəti fəaliyyət ilində böyük işlərə imza atacağı gözlənilir. Odur ki, təşkilatın yeni idarə heyəti sədri, siyasi elmlər üzrə doktor, eyni zamanda, Berlində Sosial Demokratlar Partiyasından Miqrasiya Məsələləri üzrə İşçi qrupunun rəhbəri Qurban Ələkbərovla maraqlı müsahibəni Sizə təqdim edirik.

-ATEİB-in yaradılmasında əsas məqsəd nə idi və digər təşkilatlardan nə ilə xa0fərqlənir?


-2007-ci ildə ilk dəfə Köln şəhərində ATEİB-in yaradılması ilə bağlı təşəbbüs toplantısına yığılanda əsas düşüncə Almaniyada təhsil almağa və işləməyə gəlmiş Azərbaycanlı tələbə və elmi işçilərin ictimai fəaliyyətini əlaqələndirmək və onları şəbəkələşdirməkdən ibarət idi. Bu günkü uğurlarımız da göstərir ki, biz bu məqsədə müəyyən qədər nail ola bilmişik. Biz bu baxımdan indiyədək həm də klassik diaspora təşkilatı olmamışıq. Yəni bizim əsas fəaliyyət sferamıza akademik heyətlə iş və onların fəaliyyətinin əlaqələndirilməsi daxil olub. Lakin əlbəttə ki, son 10 ildə biz də Almaniyada Azərbaycanın tanıdılması üçün əlimizdən gələni etmişik və bundan sonra da etməyə hazırıq.xa0
xa0
-Təşkilatın 10 illik fəaliyyəti dövründəki əsas məsələləri dilə gətirməyinizi xahiş edirəm.

-Əlbəttə ilk 1 il yarım, hardasa 2009-cu ilin yanvarına kimi işimizin əsas hissəsi təsis olunma ilə bağlı məsələlərə həsr olunub. Buna baxmayaraq, 2008-ci ildə Nürnberqdə və sonra 2009-cu ilin yanvarında Berlində böyük toplantılarımız keçib. 2009-ci ildə ilk elmi konfransımız Vürtsburq şəhərində baş tutub. Bundan sonra həm illik üzvlər toplantılarımız, həm də elmi konfranslarımız hər il mütəmadi şəkildə Almaniyanın müxtəlif şəhərlərində, o cümlədən Gerolştayn, Bad Şandau, Paderborn, Bad Hellental, Montabaur, Qoslar, Vaymar, Köln, Göttingen və Marburq şəhərlərində baş tutub. Ən böyük uğurumuz olaraq isə 2012-ci ildə Almaniyadakı diasporamızın banilərindən biri sayılan mərhum Mayor Əbdürrəhman Düdənginskinin Noy-Ulm şəhərində yerləşən məzarının xilası ilə əlaqədar keçirdiyimiz ianə toplama aksiyasını qeyd edə bilərəm.

xa0
-2016-cı ildə "M.Ə.Rəsulzadə adına Təqaüd Proqramı"na başlanıldı. Maraq kifayət qədər olsa da, nəticə gecikir. Proqramın bu il reallaşması üçün hansı addımlar atılacaq?

-Nəticənin gecikməsinin obyektiv və subyektiv səbəbləri var. Obyektiv olaraq bizim tərəfimizdən ictimaiyyətə bu barədə məlumatın yetərli səviyyədə çatdırılmamasını qeyd edə bilərəm. Əslində məlumat çatdırılıb, amma bəlkə də bunun intensivliyini bir qədər artırmaq və daha təsirli təbliğat vasitələrinə əl atmaq lazımdır. Unutmayaq ki, layihə ianələrdən qidalanır və ictimaiyyətin diqqətinin az olduğu məqamda ianələrin toplanmasında da müəyyən kəsrlər üzə çıxır. Subyektiv səbəblərdən biri kimi, Azərbaycan cəmiyyətində M.Ə.Rəsulzadənin şəxsiyyətinə olan bir qədər laqeyd münasibəti qeyd edə bilərəm. Halbuki, Rəsulzadə Bakı Dövlət Universitetinin banisi olaraq Azərbaycanda nəzəri və praktik elmin inkişafına böyük töhfə vermiş önəmli şəxslərdən biri olub. Bu problemləri aradan qaldırmaq üçün qeyd etdiyim nöqsanları həll etməyə çalışacağıq. Ümid edirəm ki, artıq 2018-ci ilə ”žM. Ə. Rəsulzadə adına Təqaüd“ ilk sahiblərinə təqdim oluna biləcək.
xa0
-Bundan başqa, tərcümə layihəsi də var. Tibbə aid kitab almancadan dilimizə tərcümə edilir. Bu layihənin gerçəkləşməsi üçün ehtiyaclar nələrdir?

-Əsasən maliyyə problemləri. Kitabın tərcümə hüquqlarının alınması, çap xərcləri bu layihənin uğurla gerçəkləşdirilməsini bir qədər ləngidir. Bundan başqa, kitabın tərcüməsi də ictimai əsaslarla həyata keçirilir və bu da prosesə əngəlləyici təsir göstərir. Bu problemləri yaxın zamanlarda aradan qaldırmağa ümid edirik.


-Yeni idarə heyəti olaraq bir il ərzində hansı işləri görməyi planlaşdırırsınız? Yeni ideyalar varmı?

-Həqiqətən də yeni və peşəkar bir idarə heyətimiz mövcuddur ki, onun vasitəsilə növbəti illik üzvlər toplantısına kimi üzvlərin sayını artırmağı, 1 və ya da 2 elmi tədbir keçirməyi, diasporal fəaliyyətə dəstək istiqamətində müəyyən addımlar atmağı, "M.Ə.Rəsulzadə adına Təqaüd Proqramı"nın ilk təqdimatını təşkil etməyi və növbəti illik toplantını həyata keçirməyi düşünürük.

xa0
-İllik görüşdə üzvlərlə diaspora fəaliyyətinə keçmək təklifi müzakirə edildi. Amma üzvlər bunu isti qarşılamadı. Bu barədə nə deyə bilərsiniz?

-Bu çox yaxşı sualdır. Əslində demokratik prinsiplərə əsaslanan bir təşkilatın sədri olaraq mən üzvlərimizi çox yaxşı anlayıram. Yuxarıda da qeyd etdiyim kimi, biz indiyədək özümüzə klassik diaspora təşkilatı kimi baxmamışıq. Biz heç vaxt qarşımıza Almaniyada məskunlaşmış geniş Azərbaycanlı kütləsinin fəaliyyətinin əlaqələndirilməsini qoymamışıq. Bizim üçün önəmli olan Almaniyada təhsil almağa və işləməyə gəlmiş Azərbaycanlı tələbə və elmi işçilərin ictimai fəaliyyətini əlaqələndirmək və onları şəbəkələşdirməkdən ibarət olub. Amma 2016-cı ilin aprelində Qarabağ cəbhəsində baş verən hadisələrin Almaniya mətbuatında yanlış işıqlandırılması bir daha göstərdi ki, bizim burada keyfiyyətli diaspora strukturlarına ehtiyacımız var. Bizim təşkilat da özündə topladığı intellektual potensialla bu boşluğu doldurmağa cəhd göstərəcək. Əlbəttə bizim hər şeyi etməyə imkanımız və zamanımız çatmaya bilər. Amma buna baxmayaraq məhz intellektual diaspora fəaliyyətinin təşəkkülünə öz təsirli töhfəmizi verə biləcəyimizi düşünürəm.









Məhsəti Quluzadə
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO