Dövlət qulluğunda inzibati rəhbər (A növü) vəzifələr üzrə müsabiqənin test imtahanı proqramına dəyişiklik (AB vəzifə qrupu üçün) edilib. Belə ki, 27 dekabr 2001-ci il tarixli, 245-IIQ nömrəli “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanununun qüvvədən düşməsi ilə əlaqədar həmin Qanuna aid mövzular proqramdan çıxarılaraq eyniadlı yeni Qanunda (14 iyul 2023-ci il, № 988-VIQ) öz əksini tapan müvafiq mövzularla əvəz edilib.
Bu barədə Bizim.Media-ya Dövlət İmtahan Mərkəzindən məlumat verilib. Proqramla buradan tanış olmaq mümkündür.
Martın 17-də keçiriləcək imtahana bu mövzulara aid test tapşırıqları daxil edilməyəcək. Müvafiq dəyişiklik may ayından etibarən keçirilən imtahanlarda nəzərə alınacaq.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
17:08 / 05.03.2024
DİM-dən dövlət qulluğuna hazırlaşanlara MÜRACİƏT
Hazırda oxunan: DİM-dən dövlət qulluğuna hazırlaşanlara MÜRACİƏT
Hazırda oxunan: DİM-dən dövlət qulluğuna hazırlaşanlara MÜRACİƏT
181221
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.