Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə təhsil sferasında kişi müəllimlərin azalmasına və gender bərabərliyinin pozulmasına öz münasibətini bildirib. O, həmçinin bu məsələ ilə bağlı təkliflərini səsləndirib.
Bizim.Media xəbər verir ki, o, jurnalistlərə açıqlamasında qeyd edib ki, insanları bu peşəni seçməyə məcbur etmək düzdün deyil:
"Bu məsələ ilə bağlı peşəyönümlü ciddi işlər aparılmalıdır ki, bizim gənc oğlanlar müəllimlik peşəsini seçsinlər. Maarifləndirmə işləri artmalıdır.
Gender bərabərliyi pozulub. Müəllimlərin əksəriyyəti qadınlardır. Ancaq məktəb direktorlarının əksər hissəsi kişilərdir. Dövlət qulluğunda da biz görürük ki, təhsil sahəsində rəhbər vəzifələrdə kişilər üstünlük təşkil edir".
Məhərrəm Əliyev, Nicat Niftəliyev, Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
14:02 / 05.03.2024
Kişi müəllimlərin azalmasına Məleykə Abbaszadədən MÜNASİBƏT
Hazırda oxunan: Kişi müəllimlərin azalmasına Məleykə Abbaszadədən MÜNASİBƏT
Hazırda oxunan: Kişi müəllimlərin azalmasına Məleykə Abbaszadədən MÜNASİBƏT
181181
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.