"İdeal"ın keçmiş sahibi barədə cinayət işinin istintaqı başa çatdı

Hazırda oxunan: "İdeal"ın keçmiş sahibi barədə cinayət işinin istintaqı başa çatdı

18118

Binəqədi Rayon Məhkəməsində "İdeal” mağazalar şəbəkəsinin keçmiş sahibi İlqar İsmayılovun barəsində həbs qətimkan tədbirinin dəyişdirilməsi ilə bağlı vəsatətə baxılıb.

Bizim.Media xəbər verir ki, bu barədə onun vəkili İlhamə Həsənova məlumat verib.

Vəkilin sözlərinə görə, hakim Vüqar Məmmədovun sədrlik etdiyi iclasda qərar elan olunub.
 

MÖVZU İLƏ BAĞLI:

"İdeal"ın keçmiş sahibinin həbs səbəbi məlum oldu - RƏSMİ AÇIQLAMA


Qərara əsasən, vəsatət təmin edilməyib.

Vəkil əlavə edib ki, İ.İsmayılovun cinayət işi üzrə ibtidai istintaq yekunlaşıb və iş baxılması üçün məhkəməyə göndərilib.

Qeyd edək ki, İ.İsmayılovun 2011-2017-ci illərdə tutduğu vəzifəsindən sui-istifadə edərək 680 min manata yaxın məbləğdə pul vəsaitini mənimsəməkdə təqsirləndirilir.

Ona Cinayət Məcəlləsinin 179.3.2-ci və 308.2-ci maddələri ilə ittiham elan edilib, Binəqədi Rayon Məhkəməsinin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib. (Report)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO