Oğuzda Vətən Müharibəsi Qəhrəmanı anılıb - FOTO

Hazırda oxunan: Oğuzda Vətən Müharibəsi Qəhrəmanı anılıb - FOTO

181069

Vətən Müharibəsi Qəhrəmanı şəhid Nail İbrahimlinin 30 illiyi ilə əlaqədar martın 4-də Oğuzda xatirə tədbiri keçirilib.

Bizim.Media-nın yerli bürosu xəbər verir ki, tədbirin əvvəlində Dövlət Himni səsləndirilib, şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

V.İbrahimov adına Oğuz rayon Xaçmaz kənd 2 nömrəli tam orta məktəbin tarix müəllimi Ramiz Abdulqədirov çıxış edərək, şəhidin həyatı və şərəfli döyüş yolundan, göstərdiyi qəhrəmanlıqdan, torpağa, milli-mənəvi dəyərlərə bağlılığından danışıb.
Çıxışlarda Vətən uğrunda canlarından keçən qəhrəmanların ölmədikləri, daim qəlblərdə yaşadıqları vurğulanıb. Bildirib ki, belə tədbirlər şagirdlərdə vətənpərvərlik ruhunun aşılanmasına xidmət edərək, onların şəxsiyyət kimi formalaşmasında mühüm rol oynayır.

Şəhidin anası Aqibət İbrahimova Nailin uşaqlıq və gənclik illərindən, müharibədə göstərdiyi qəhrəmanlıqdan danışıb. O, oğlu ilə daim qürur duyduğunu vurğulayıb, tədbirin təşkilatçılarına ailəsi adından minnətdarlığını bildirib.

Xatirə tədbirində şəhid Nail İbrahimliyə həsr olunmuş videoçarxlar nümayiş etdirilib, şagirdlərin ifasında ədəbi-bədii kompozisiya təqdim olunub.

Qeyd edək ki,Vətən müharibəsi zamanı Nail İbrahimli Xüsusi Təyinatlı Qüvvələrin kiçik giziri kimi torpaqlarımızın azad olunması uğrunda gedən döyüşlərdə böyük şücaət göstərib, Füzuli, Qubadlı və Zəngilan rayonları uğrunda gedən döyüşlərdə iştirak edib. Nail noyabrın 8-də Şuşa şəhəri istiqamətində gedən döyüşlərdə qəhrəmancasına həlak olub və Xaçmaz kəndindəki Şəhidlər xiyabanında dəfn edilib.

Ölümündən sonra ona “Vətən Müharibəsi Qəhrəmanı” adı verilib, “Vətən uğrunda", “Şuşanın azad olunmasına görə", “Xocavəndin azad olunmasına görə” və “Füzulinin azad olunmasına görə” medalları ilə təltif olunub.









Tural Rasim oğlu, Bizim.Media, Şimal-Qərb bürosu
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO