Azərbaycan təhsilində YENİLİK – Nə qədər qalib seçiləcək?

Hazırda oxunan: Azərbaycan təhsilində YENİLİK – Nə qədər qalib seçiləcək?

181040

“Rəqəmsal bacarıqlar layihəsi Azərbaycan təhsili üçün yeni bir məzmundur. Gələcəyin rəqəmsal dövrü üçün uşaqların ilkin təməl bacarıqlarının və məntiqi təfəkkürünün formalaşmasında bu layihənin çox böyük əhəmiyyəti var”.

Bizim.Media xəbər verir ki, bu sözləri Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktor müavini Mehriban Vəliyeva Elm və Təhsil Nazirliyinin "Alqoritmika" beynəlxalq riyaziyyat və proqramlaşdırma məktəbi ilə birgə həyata keçirdiyi Kod Saatı: "Rəqəmsal Gələcəyə Addım 2023" müsabiqəsinin final tədbirində qeyd edib.

Onun sözlərinə görə 28 mindən çox uşağın qatıldığı müsabiqə başa çatmaq üzrədir:

“Rəqəmsal bacarıqlar layihəsi çərçivəsində Kod saatı müsabiqəsinin final mərhələsindəyik. Bir qədər sonra qalib uşaqların adları açıqlanacaq. Demək olar ki, Azərbaycanın bütün rayonlarında bu müsabiqə ilə bağlı tədbirlər həyata keçirilib. Məsələn, Qubada, Şəmkirdə, Füzulidə... Bakıda keçirilən tədbirin əsas mahiyyəti isə təşviqat işinin aparılması idi. Əminəm ki, müsabiqənin qalib uşaqları gələcəyin böyük mütəxəssisləri olacaq”.

Günay Şahmar, Nicat Niftəliyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO