“Adam gəlməsəydi, itlər uşağı məhv edəcəkdi” – VİDEO  

Hazırda oxunan: “Adam gəlməsəydi, itlər uşağı məhv edəcəkdi” – VİDEO  

181030

Xəbər verdiyimiz kimi, ötən gün Qaradağda 9 yaşlı oğlan itlərin hücumuna məruz qalıb. 

Bizim.Media xəbər verir ki, sahibsiz itlərin hücum etdiyi azyaşlının babası Baku TV-yə danışıb. 
 

MÖVZU İLƏ BAĞLI:

Qobuda uşağı it parçaladı - VİDEO


Onun sözlərinə görə, bu, ərazidə yaşanan ilk hal deyil: 

“Başqa sakinlər də bir neçə dəfə küçə itlərinin hücumuna məruz qalıb. Hadisə vaxtı üç dənə it uşağa hücum edib dişləyirmiş. Kənardan cavan bir oğlan görüb çətinliklə xilas edib. Uşağın nə qolu var, nə ayağı, əməliyyat olunub. Adam gəlməsəydi, itlər uşağı məhv edəcəkdi”. 

Azyaşlının anası isə bildirib ki, oğlu dostları ilə birgə oynayarkən 3 it hücum edib, başını, bədənini parçalayıb: 

“Mənə yalvardı ki, “ana, icazə ver, gedim həyətdə oynayım”. Əslində mən heç onu həyətə buraxan deyiləm. Pəncərədən baxırdım ki, uzağa getməsin. Amma necə olubsa, uşaqlara qoşulub bir az aralanıblar... 

Bunların hamısı küçə itləridir və zibilxananın yanında çox olurlar. Biz özümüz də zibil atmağa qorxa-qorxa gedirik. Xahiş edirəm, aidiyyəti orqanlar bu işlə ciddi məşğul olsunlar. Çünki hadisə hər kəsin uşağının başına gələ bilər…” 
 


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO