Şəxsiyyət vəsiqəsi tələb etməyən şadlıq sarayının sahibi məsuliyyət daşıyacaq? - Hüquqi İZAH

Hazırda oxunan: Şəxsiyyət vəsiqəsi tələb etməyən şadlıq sarayının sahibi məsuliyyət daşıyacaq? - Hüquqi İZAH

181015

Erkən nikahların qarşısını almaq üçün toyların keçiriləcəyi şadlıq saraylarında bəy və gəlindən şəxsiyyət vəsiqəsinin tələbi məsələsi müzakirə olunur. Övladlarını erkən yaşda evləndirərək qanun pozuntusuna yol verən valideynlərin əməlləri çox vaxt yaxınları tərəfindən gizlədilir. 

Ona görə də hüquq-mühafizə orqanları bundan xəbər tuta bilmir. Lakin şadlıq sarayları şəxsiyyət vəsiqəsini tələb etməklə bu qanunsuz izdivacın üstünün açılmasına xidmət edə bilər.

Bəs, bu, qanunvericiliklə necə tənzimlənir? Şəxsiyyət vəsiqəsi tələb etməyən şadlıq sarayı sahibini hansı cəza gözləyir?

Mövzu ilə bağlı Bizim.Media-ya danışan vəkil Əsabəli Mustafayev hələki bunun qanunda öz əksini tapmadığını deyib:

“Bu, bəylə gəlinin nikah yaşına çatıb çatmamasını dəqiqləşdirməkdən ötrüdür. Şadlıq sarayları özlərini sığortalamaq və erkən nikahların qarşısını almaq üçün qanunda olmasa belə bunu tələb edə bilərlər. Yəni onlar sabah qınaq və araşdırma obyekti olmaq istəmirlər. Camaatın da reaksiyasından belə başa düşürəm ki, bəylə gəlindən sənəd tələb olunması cəmiyyət tərəfindən müsbət qarşılanır. Amma bu qanuni formada olmalıdır. 

Bugünkü gün buna ehtiyac varsa, ümumi forma müəyyən edilməli və bunu pozmağa görə də məsuliyyət nəzərdə tutulmalıdır. Təəssüf ki, bizdə bəzi qadağa olunmuş şeyləri pulla almaq olur. Bir neçə saray bundan imtina etsə, toy sahibləri biri ilə danışıb, böyük məbləğdə pul ödəyərək toyu keçirə bilərlər. Çünki bu, qanunda əks olunmayıb və məsuliyyəti də yoxdur”.

Hüquqşünas hesab edir ki, bu məsələ İnzibati Xətalar Məcəlləsində evlənmə yaşına çatmamış gənclərin toy mərasiminin keçirilməsinə icazə verməklə bağlı norma olmalıdır:

“Belə bir məsuliyyətin olması o deməkdir ki, həmin sarayların rəhbərləri şəxsiyyət vəsiqəsini mütləq yoxlamalı və erkən nikahdırsa, buna icazə verməməlidirlər. Əks təqdirdə məsuliyyət daşıyacaqlar. Biz hüquqi dövlətik və hər şey qanuna söykənməlidir. Bu həm də korrupsiya, rüşvət, soyğunçuluq üçün yarana biləcək şəraiti aradan götürməyə imkan verir”.

Günay Şahmar, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO