Salyanda ana olan 11-ci sinif şagirdinə görə məktəb direktorunu hansı cəza GÖZLƏYİR? – Rəsmi AÇIQLAMA  

Salyanda ana olan 11-ci sinif şagirdinə görə məktəb direktorunu hansı cəza GÖZLƏYİR? – Rəsmi AÇIQLAMA  

Hazırda oxunan: Salyanda ana olan 11-ci sinif şagirdinə görə məktəb direktorunu hansı cəza GÖZLƏYİR? – Rəsmi AÇIQLAMA  

180979

Xəbər verildiyi kimi Salyan rayon Pambıqkənd tam orta məktəbində şagirdlər arasında erkən nikah halları qeydə alınıb. Məktəbin 11-ci sinif şagirdlərindən biri uşaq dünyaya gətirib. İddialar bunu göstərir ki, erkən nikaha cəlb olunan 11-ci sinif şagirdinin davamiyyətinin yaxşı olduğu qeyd olunub. Hətta şagirdin jurnalda adının qeyd olunduğu və qiymətlərinin yazıldığı bildirilir. 

Sözügedən məktəbdə erkən nikah hallının qeydə alınması ilə bağlı məsələ ərazi üzrə polis orqanı tərəfindən nəzarətə götürülüb və dərhal araşdırmalara başlanılıb.
 

MÖVZU İLƏ BAĞLI:

Salyanda 11-ci sinif şagirdi ana oldu


Məsələ ilə bağlı Pambıqkənd tam orta məktəbi ilə əlaqə saxladıq. Məktəbdən saytımıza bildirilib ki, direktor Dilbər Əliyeva hazırda xəstəxanadadır:

“Məktəbin direktorunun səhhətində problem yaşanıb, hazırda xəstəxanadadır”, - deyə əlaqə yarımçıq kəsilib. 

İddialara görə məktəbin direktoru şagirdin erkən nikaha cəlb olunması faktını ört-basdır edərək onun davamiyyət problemini qeyri-qanuni yollarla yoluna qoyub. 

Bəs, məktəb direktorunu hansı məsuliyyət gözləyir? 

Şirvan-Salyan Regional Təhsil İdarəsinin mətbuat katibi Gülay Qanbayzadə saytımıza açıqlamasında məsələdən xəbərdar olduqlarını və ictimaiyyətə geniş açıqlama veriləcəyini bildirib:

"Biz hadisədən yeni xəbər tutmuşuq. Bu barədə gün ərzində ictimaiyyətə geniş məlumat veriləcək. Hazırda hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır. Lakin bu kimi hallarda məktəb direktoru işdən azad olunur”, - deyə qurum rəsmisi əlavə edib.

Nuranə Daxilqızı, Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO