Qəbul imtahanında iştirak üçün ödəniş haqqından kimlər azaddır? - SİYAHI 

Hazırda oxunan: Qəbul imtahanında iştirak üçün ödəniş haqqından kimlər azaddır? - SİYAHI 

180977

Ali və orta ixtisas təhsili müəssisələrinə tələbə qəbulu ilə bağlı imtahanda iştirak üçün ilk dəfə müraciət edən Azərbaycan Respublikası vətəndaşlarının (ali və ya orta ixtisas təhsili almış şəxslər istisna olmaqla) qəbul imtahanında (imtahanın ikinci mərhələsinin yalnız bir cəhdində) iştirakı dövlət büdcəsinin vəsaiti hesabına olur. 

Bizim.Media xəbər verir ki, bu barədə Dövlət İmtahan Mərkəzi məlumat yayıb. 

Qeyd edilib ki, aşağıdakı kateqoriyalardan olan Azərbaycan Respublikası vətəndaşlarının (ali və ya orta ixtisas təhsili almış şəxslər istisna olmaqla) qəbul imtahanında (bütün mərhələ və cəhdlər üzrə) iştirakı dövlət büdcəsinin vəsaiti hesabına həyata keçirilir: 
- Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin uşaqları; 

- şəhid ailəsinin üzvləri; 

- valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqlar; 

- məcburi köçkün statusu olan şəxslər; 

-I və II dərəcə əlilliyi müəyyən edilmiş şəxslər, o cümlədən sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlar. 

Qeyd olunan kateqoriyalardan olan abituriyentlər barədə məlumat DİM tərəfindən müvafiq icra orqanlarının informasiya sistemlərindən elektron üsullarla əldə olunur. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO