Göyçayda avtomobil su kanalına düşdü: 3 ölü, 1 yaralı var - FOTO

Göyçayda avtomobil su kanalına düşdü: 3 ölü, 1 yaralı var - FOTO

Hazırda oxunan: Göyçayda avtomobil su kanalına düşdü: 3 ölü, 1 yaralı var - FOTO

180956

Göyçayda dəhşətli yol-nəqliyyat hadisəsi baş verib.

Bizim.Media-nın Aran bürosu xəbər verir ki, hadisə gecə saatlarında Göyçay-Ucar avtomobil yolunda qeydə alınıb.

KİA markalı avtomaşının sürücüsü həmin yolda hərəkətdə olarkən idarəetməni itirib. Nəticədə avtomobil yoldan çıxaraq su kanalına düşüb. Hadisə zamanı 3 nəfərin öldüyü, bir nəfərin isə ağır yaralandığı bildirilir.

Hadisə yerinə təcili tibbi yardım maşını və hüquq mühafizə orqanı əməkdaşları cəlb olunub. Bir nəfərin meyiyi sudan, digərlərinin isə avtomobildən çıxarılıb.

Hadisədə ağır yaralanan şəxs  əvvəlcə Ucar rayon Mərkəzi Xəstəxanasına, daha sonra isə Göyçay rayon Mərkəzi Xəstəxanasına aparılıb. Hazırda faktla bağlı araşdırma aparılır.


Bizim.Media, Aran bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO