Bakıda Nuru Paşa ilə bağlı anım tədbiri keçirildi

Hazırda oxunan: Bakıda Nuru Paşa ilə bağlı anım tədbiri keçirildi

180929

Bakıda Qafqaz İslam Ordusunun komandanı Nuru Paşanın vəfatının 75-ci ildönümü münasibətilə tədbir keçirilib.

Bizim.Media apa.az-a istinadən xəbər verir ki, tədbirdə TÜRKPA-nın Baş katibi Mehmet Süreyya Er, Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağçı, təşkilatın və səfirliyin digər vəzifəli şəxs və nümayəndələri, eləcə də deputatlar, elmi-mədəni ictimaiyyət, media mənsubları iştirak edib.

Tədbiri giriş sözü ilə açan TÜRKPA-nın Baş katibi Mehmet Süreyya Er Nuru Paşanın Bakını işğaldan azad etməsi faktına toxunaraq Azərbaycan-Türkiyə münasibətlərinin sağlam bağlara sahib olmasına diqqət çəkib.

Baş katibin çıxışının ardından Nuru Paşa haqqında qısa videoçarx nümayiş olunub.

Videoçarxdan sonra qonaqlar Nuru Paşa, Bakının işğaldan azad edilməsi, eləcə də Türkiyə-Azərbaycan qardaşlıq münasibətləri motivində çıxışlar ediblər.

Tədbir müzakirələrlə davam etdirilib.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO