Bərdədə qəza: Piyada öldü - FOTO

Hazırda oxunan: Bərdədə qəza: Piyada öldü - FOTO

180895

Bərdədə piyadanın ölümü ilə nəticələnən qəza baş verib.

Bizim.Media xəbər verir ki, hadisə Bərdə-Ağdam avtomobil yolunun Bərdə rayonunun Şirvanlı kəndindən keçən hissəsində qeydə alınıb. 

Bərdə rayon sakini 1979-cu il təvəllüdlü Elmir Mehdiyev idarə etdiyi “99-CC-602” dövlət qeydiyyat nişanlı “Ford” markalı yük avtomobili ilə yolu keçmək istəyən Ağcabədi rayon sakini 1947-ci il təvəllüdlü Əziz Kərimovu vurub. Piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Bərdə regional qrupunun baş inspektoru, polis kapitanı Aslan Qiyaslı faktı təsdiqləyib. Bildirib ki, faktla bağlı cinayət işi başlanılıb, istintaq aparılır.



Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO