Gəncədə yanğın oldu - VİDEO

Hazırda oxunan: Gəncədə yanğın oldu - VİDEO

180884

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Gəncə şəhəri, M.Şeyxzamanov küçəsində yanğın baş verməsi barədə məlumat daxil olub. 

Bizim.Media  xəbər verir ki, məlumatla əlaqədar dərhal FHN-in Dövlət Yanğından Mühafizə

Xidmətinin Gəncə şəhər Yanğından Mühafizə İdarəsinin yanğınsöndürənləri əraziyə cəlb olunub.

Əməliyyat şəraitinin qiymətləndirilməsi zamanı yanğının vətəndaşa məxsus qarajda baş verdiyi müəyyən olunub. 
Yanğınsöndürənlərin operativ müdaxiləsi sayəsində yanğın genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.

Yanğın nəticəsində ümumi sahəsi 10 m² olan qarajın içərisinə yığılmış istifadəyə yararsız ev əşyaları yanıb.
 


Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO