Xaçmazda 34 yaşlı kişini bıçaqlayan şəxs TUTULDU

Hazırda oxunan: Xaçmazda 34 yaşlı kişini bıçaqlayan şəxs TUTULDU

180878

Martın 2-si saat 00:40 radələrində Xaçmaz rayon sakini 1990-cı il təvəllüdlü Kamran Niftəliyevə xəsarətlər yetirilməsi barədə rayon prokurorluğuna məlumat daxil olub. 

Bizim.Media xəbər verir ki, bu barədə informasiyanı Xaçmaz rayon prokurorluğu yayıb.

Araşdırma zamanı 1986-cı il təvəllüdlü Faiq Cəbrayılovun martın 1-i saat 23 radələrində rayonun Qaraqurdlu kəndi ərazisində yerləşən kafelərdən birinin yaxınlığında aralarında yaranmış mübahisə zamanı bıçaqla xəsarətlər yetirərək Kamran Niftəliyevi qəsdən öldürməyə cəhd etməsinə əsaslı şübhələr müəyyən edilib.   

Faktla bağlı Xaçmaz rayon prokurorluğunda Cinayət Məcəlləsinin 29, 120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsilə cinayət işi başlanıb. Faiq Cəbrayılov iş üzrə şübhəli şəxs qismində tutulub.
Hazırda cinayət işi üzrə ibtidai istintaq davam edir.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO