Ağdərədə ilk dəfə buraxılış imtahanı keçirilir

Hazırda oxunan: Ağdərədə ilk dəfə buraxılış imtahanı keçirilir

180868

Martın 3-də Dövlət İmtahan Mərkəzi Ağdərə rayonu Talış kənd tam orta məktəbində buraxılış imtahanı keçirir.

Mərkəzdən Bizim.Media-ya bildirilib ki, bu, işğaldan azad olunmuş Ağdərə rayonunda təşkil edilən ilk imtahandır.

Xatırladaq ki, martın 3-də Dövlət İmtahan Mərkəzi tərəfindən Bakı şəhərinin Qaradağ, Binəqədi, Xətai, Suraxanı, Pirallahı, Yasamal rayonlarında, Abşeron, Gəncə - 1, Goranboy, Göygöl, Naftalan, Şəmkir, Gədəbəy, Şirvan, Hacıqabul, Neftçala, Salyan, Ucar, İsmayıllı, Kürdəmir, Ağsu, Zərdab, Lənkəran, Cəlilabad, Astara, Bərdə, Tərtər, Yevlax, Ağdərə (Talış kənd tam orta məktəbi), Şəki, Oğuz, Qəbələ, Xaçmaz, Siyəzən və Şabran rayonlarında, Çilov adasında yerləşən 131 nömrəli tam orta məktəbdə, eləcə də tədrisi ingilis və fransız dillərində aparılan ümumtəhsil müəssisələrinin məzunları üçün tam orta təhsil səviyyəsi üzrə buraxılış imtahanı keçirilir.

Respublikanın 30 şəhər və rayonunda təşkil olunan imtahanda 52 min 267 şagirdin iştirakı nəzərdə tutulur.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO