Yüksək səslə domino oynadı: Cərimə olundu

Hazırda oxunan: Yüksək səslə domino oynadı: Cərimə olundu

180856

Gəncə şəhərində kafedə yüksək səslə domino oynayan şəxs saxlanılıb. 

Bizim.Media qaynarinfo-ya istinadən xəbər verir ki, hadisə şəhərdə yerləşən “Kolorit” kafesində baş verib. 

Belə ki, yüksək səslə domino oynayan 1978-ci il təvəllüdlü Azər Cəbiyevə (ad-soyad şərti) kafeninin xanım sahibi irad bildirib. İraddan sonra sakitləşməyən müştərinin oradan çıxarılması üçün hadisə yerinə polis əməkdaşları çağırılıb. 

Polis əməkdaşları gələrək onu müayinəyə aparmaq istəyiblər. Lakin Azər başını divara vuraraq, polis əməkdaşlarının təklifindən boyun qaçırıb. 

Məhkəmənin qərarı ilə Azər Cəbiyev İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli bilinib və 150 manat cərimə olunub. O, törətdiyi əməldən peşiman olduğu üçün məhkəmə zalında azadlığa buraxılıb.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO