Yasamalda 3 min 200 manatlıq rabitə kabeli oğurlayanlar SAXLANILDI

Yasamalda 3 min 200 manatlıq rabitə kabeli oğurlayanlar SAXLANILDI

Hazırda oxunan: Yasamalda 3 min 200 manatlıq rabitə kabeli oğurlayanlar SAXLANILDI

180771

Paytaxt ərazisində yerləşən rabitə quyularının birindən 3 min 200 manat dəyərində kommunikasiya kabelinin oğurlanması barədə Yasamal Rayon Polis İdarəsinin 26-cı Polis Bölməsinə məlumat daxil olub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Bizim.Media-ya verilən məlumata görə, bölmə əməkdaşlarının həyata keçirdikləri tədbirlərlə oğurluq əməlini törətməkdə şübhəli bilinən Vüsal Fidayev, Ramil İsmayılov və Şəmsəddin Dadaşov müəyyən olunaraq saxlanılıb.

Onların ətrafında əməliyyat-istintaq tədbirləri davam etdirilir.
Saxlanılanların qanunsuz əməllərindən zərər çəkən digər vətəndaşlar varsa, bu barədə polisə məlumat verə bilərlər.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO