Salyanda daha bir DƏHŞƏT - Kişi qardaşı arvadını və oğlunu qətlə yetirdi - VİDEO

Salyanda daha bir DƏHŞƏT - Kişi qardaşı arvadını və oğlunu qətlə yetirdi - VİDEO

Hazırda oxunan: Salyanda daha bir DƏHŞƏT - Kişi qardaşı arvadını və oğlunu qətlə yetirdi - VİDEO

180667

Martın 1-də saat 16 radələrində Salyan rayonunun Pambıqkənd kəndi ərazisində 1963-cü il təvəllüdlü Rahilə Əliyeva və onun oğlu 1992-ci il təvəllüdlü Bəhruz Əliyevin öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub. 

Salyan rayon prokurorluğundan Bizim.Media-ya verilən məlumata görə, araşdırma zamanı 1981-ci il təvəllüdlü Ziya Əliyevin aralarında yaranmış mübahisə zamanı kəsici alətlə zərbələr endirərək qardaşı arvadı Rahilə Əliyeva və onun oğlu Bəhruz Əliyevi qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib. 

Hadisədən sonra Ziya Əliyev könüllü olaraq istintaqa təslim olub və şübhəli şəxs qismində tutulub. 

Faktla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.2.7-ci (iki və ya daha çox şəxsi qəsdən öldürmə) maddəsilə cinayət işi başlanaraq ibtidai istintaq aparılır. 
Qeyd edək ki, bu gün Salyanın Kərimbəyli kəndində ər-arvad qətlə yetirilib.
 


Bizim.Media
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO