35 yaşlı “YUĞ” teatrı nə vaxt bina ilə TƏMİN olunacaq? – AÇIQLAMA 

Hazırda oxunan: 35 yaşlı “YUĞ” teatrı nə vaxt bina ilə TƏMİN olunacaq? – AÇIQLAMA 

180666

Azərbaycan teatr sahəsində özəl dəst-xətti ilə olan “YUĞ” teatrının binası yoxdur. Azərbaycan Dövlət Yuğ Teatrı 1989-cu ildə Həsənağa Turabovun rəhbərliyi, Vaqif İbrahimoğlunun təşəbbüsü ilə qurulub. 35 yaşlı dövlət teatrı hazırda tamaşalarını Kukla Teatrının kiçik zalında nümayiş etdirir.

Həmin teatr binasına sığınan “YUĞ”un məşqləri də orada keçirilir. Bir sözlə, teatr Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla teatrının binasında fəaliyyət göstərir.

Tamaşaçıların teatra maraq göstərməsini bir neçə müddətdir onlayn platformada satışa çıxarılan tamaşa biletlərinin sürətlə bitməsindən də görmək mümkündür. Həftə sonları nümayiş olunan tamaşalara bəzən biletlərin hamısı, bəzən isə çox hissəsi satılır. 

“YUĞ”dan Bizim.Media-ya bildirilib ki, teatr binası ilə bağlı Mədəniyyət Nazirliyinə müraciət edilib:

“Bu problem əvvəllər də müvafiq quruma bildirilib. Ötən ilin sonunda rəsmi şəkildə nazirliyə teatrın binası ilə bağlı müraciət etmişik”.

Yaxın gələcəkdə teatrın bina ilə təmin olunması və yeni teatr binasının tikilib-tikilməyəcəyi ilə bağlı Mədəniyyət Nazirliyinə sorğu ünvanlamışıq.

Mövzunu diqqətdə saxlayacağıq.

Günay Şahmar, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO