Göyçay sakininin su kanalında batması ilə bağlı YENİ DETALLAR – FOTO  

Göyçay sakininin su kanalında batması ilə bağlı YENİ DETALLAR – FOTO  

Hazırda oxunan: Göyçay sakininin su kanalında batması ilə bağlı YENİ DETALLAR – FOTO  

180663

Xəbər verdiyimiz kimi, Göyçay sakini su kanalında batıb.

Bizim.Media-nın Aran bürosu xəbər verir ki, hadisə Yuxarı Şirvan kanalının rayonun Bığır kəndindən keçən hissəsində qeydə alınıb.
 

MÖVZU İLƏ BAĞLI:

Göyçayda 1 nəfər kanalda BATDI 


Belə ki, kənd sakini 1971-ci il təvəllüdlü Qəfərov Qalib Nazim oğlu fevralın 29-da axşam saat 18:00 radələrində balıq tutmaq məqsədilə evdən çıxıb. 

Yaxınları onun kanalda balıq tutmaq istəyərkən sürüşüb suya düşərək batdığını ehtimal edirlər. Yaxınlarının sözlərinə görə o telefonla zəng edərək, evə gələcəyini desə də, gecə saat 23:00 radələrindən sonra onunla əlaqə kəsilib. 

Hadisə yerinə Fövqaladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri cəlb olunub və axtarışlar davam etdirilir.
















Bizim.Media, Aran bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO