Abituriyentlərə ŞAD XƏBƏR – “Bu il imtahan daha rahat keçə bilər”

Abituriyentlərə ŞAD XƏBƏR – “Bu il imtahan daha rahat keçə bilər”

Hazırda oxunan: Abituriyentlərə ŞAD XƏBƏR – “Bu il imtahan daha rahat keçə bilər”

180625

Son günlər ali təhsil müəssisələrinə qəbul imtahanlarının çətin olması ilə bağlı sosial şəbəkələrdə müzakirələr aparılır. Əksər abituriyentlərin fikrincə, qəbul imtahanlarına salınan suallar ilbəil daha da çətinləşir. Onlar əvvəlki illərdə imtahanların daha asan olduğunu qeyd edirlər. 

Bəs həqiqətən, reallıq belədir? Builki qəbul imtahanları çətin olacaq?
 

MÖVZU İLƏ BAĞLI:

DİQQƏT - Buraxılış imtahanı verəcək abituriyentlərin valideynlərinə VACİB XƏBƏR 


Təhsil eksperti Kamran Əsədov mövzu ilə bağlı Bizim.Media-ya danışıb. O, əvvəlcə builki imtahanların müsbət tərəfindən danışıb:

“Bu il həm ali təhsil müəssisələrinin qəbul imtahanlarının birinci mərhələsi, həm də buraxılış imtahanıdır. Bu imtahanlar 3-10 martda keçiriləcək. 90 minə yaxın şagirdin bu imtahanlarda iştirak etməsi gözlənilir. 

Bu il keçiriləcək buraxılış imtahanlarının əvvəlki illərdən fərqi ondadır ki, şagirdlərə sual kitabçalarını özləri ilə aprmağa icazə veriləcək. Bu, artıq imkan verəcək ki, şagirdlər imtahandan qısa müddət sonra nəticələrini öz müəllimlərinə yoxladıb, nəticələrini bilsinlər. Beləliklə, test tapşırıqları təhlil ediləcək. Belə olan halda müəllimlər test tapşırıqlarının ağırlıq səviyyəsini də təyin edə biləcəklər”. 

Ekspert qəbul imtahanlarının daha rahat keçəcəyini düşünür: 

“Bu il ali təhsil müəssisələrinin qəbul planı yerlərində kəskin artım var. Ali təhsil müəssisələrinin bakalavr pilləsinə 60 minə yaxın plan yerinin olması proqnozlaşdırılır. Bundan əlavə, bu il Azərbaycanda həm Qarabağ, həm də Türkiyə-Azərbaycan Universieteti fəaliyyətə başlayacaq. Bu amillərin hər biri imtahanların süni şəkildə çətinləşdirmə ehtimalını azaldır. Ali təhsil müəssisələri üçün nəzərdə tutulan plan yerləri dolmayanda bu, tədris ocaqlanın fəaliyyətinə problemlər yaradır”.

Məhərrəm Əliyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO