Sabah bu ərazilərdə qaz olmayacaq

Sabah bu ərazilərdə qaz olmayacaq

Hazırda oxunan: Sabah bu ərazilərdə qaz olmayacaq

180550

“Qaz İxrac” idarəsi tərəfindən “Şorsulu əhali” ölçü qovşağı üzərində quraşdırılmış qaz sayğacının müvəqqəti qaz sayğacı ilə əvəzlənməsi məqsədilə 01 mart 2024-cü il saat 14:00-dan 16:00-dək “Şorsulu əhali” ölçü qovşağından qaz təchizatının dayandırılması planlaşdırılır. 

Bizim.Media xəbər verir ki, bu barədə “Azəriqaz” İB məlumat yayıb.

Həmçinin Qaradağ rayonu, Ələt qəsəbəsi ərazisində qeyri-yaşayış sahəsinə çəkilmiş qaz xəttinin şəbəkəyə qoşulması məqsədi ilə 01.03.2024-ci il tarixdə saat 10:00-dan etibarən qaz təchizatı dayandırılacaq.

Qaz təchizatı dayandırılan müddətdə Salyan rayon mərkəzinin (bir hissəsi) və rayonun 15 kəndinin, Neftçala rayonunun 12 kəndinin, həmçinin paytaxtın Qaradağ rayonunun Ələt qəsəbəsinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO