Zorakılığa məruz qalan 15 yaşlı qızın ailəsi ondan niyə İMTİNA EDİB? – DETALLAR

Zorakılığa məruz qalan 15 yaşlı qızın ailəsi ondan niyə İMTİNA EDİB? – DETALLAR

Hazırda oxunan: Zorakılığa məruz qalan 15 yaşlı qızın ailəsi ondan niyə İMTİNA EDİB? – DETALLAR

180491

Xəbər verildiyi kimi fiziki və cinsi zorakılığa məruz qalan 15 yaşında qız ötən gün Azərbaycan Uşaqlar Birliyinin sığınacağına yerləşdirilib.

7 ay öncə 18 yaşlı Qax sakini, Eldəniz Qərib oğlu Abdullayev tərəfindən qaçırılaraq zorakılığa məruz qalan qızdan ailəsi də imtina edib. Hazırda işlə bağlı Suraxanı rayonu 31-ci polis bölməsində fiziki şiddətin göstərilməsi, həmçinin, cinsi zorakılıqla bağlı da təhqiqat başlanılıb:

“Bu gün qızın izahatı, daha sonra isə ailələrin ifadəsi alınacaq. İstənilən halda qızlarından imtina etdikləri üçün  baş verənlərə cavab verməlidirlər”.

Kəmalə Ağazadənin bildirdiyinə görə 15 yaşlı qız 7 aydır ki, 18 yaşlı oğlanla qeyri-rəsmi nikahdadır:

“Dediyinə görə, Zaqatalada parkda tanış olduğu oğlanla qaçıb və cinsi zoraklığa məruz qalıb. Bir müddət sonra oğlanın ailəsi ilə birgə Bakıya köçərək, Suraxanı rayonunda yaşayıblar. Yeniyetmə dəfələrlə içki aludəçisi olan əri tərəfindən fiziki zorakılığa  və təzyiqlərə məruz qalıb”.

Qeyd edək ki, 15 yaşlı qız 18 yaşlı oğlana qoşulub qaçandan sonra ailə ərazi üzrə polis bölməsinə qızın itkin düşməsi ilə bağlı müraciət edib. Əsl səbəbi biləndən sonra isə qızdan imtina ediblər. Hətta ata övladına “sənin kimi qızım yoxdur” deyib. Polis bölməsində isə ailə qızı izahatında öz istəyi ilə ailə qurduğunu yazmağa məcbur edilib.

Məsələ ilə bağlı Daxili İşlər Naziliyinə də sorğu ilə müraciət etdik. Qurumdan məsələnin araşdırıldığı bildirilib.

Alçina Amilqızı, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO