“Bu ixtisaslara qəbul dayandırılacaq” – Nazirdən MÜHÜM AÇIQLAMA 

“Bu ixtisaslara qəbul dayandırılacaq” – Nazirdən MÜHÜM AÇIQLAMA 

Hazırda oxunan: “Bu ixtisaslara qəbul dayandırılacaq” – Nazirdən MÜHÜM AÇIQLAMA 

180475

“Hal-hazırda mühəndislik və İT ixtisaslarına çox ciddi tələb artımı var”.

Bu fikirləri Bizim.Media-nın sualına cavab olaraq elm və təhsil naziri Emin Əmrullayev deyib.

“Hansı ixtisasların sıradan çıxacağını demək çətindir. Amma biz görürük ki, humanitar ixtisaslarda əvvəlki tələbat yoxdur. Məsələn, Beynəlxalq münasibətlər ixtisasına giriş balı əvvəlki illərdə daha yüksək idi. Hazırda bu ixtisasa tələbat aşağı düşüb. Ancaq bu həmin ixtisasın bağlanacağı demək deyil.

Biz hansısa universitetlərdə müəyyən ixtisasların bağlanmasından danışa bilərik. Bunu da yalnız proqram akkreditasiyasından sonra müəyyən edə bilərik. Bu il ilk dəfə müəllimlik ixtisası üzrə bu akkreditasiyanı keçirəcəyik. Əgər hansısa universitetlərdə ixtisasların müvafiq tələblərə cavab vermədiyini müəyyən etsək, həmin ixtisaslara qəbul dayandırılacaq”.

Nuranə Daxilqızı, Nicat Niftəliyev, Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO