Türkiyə-Azərbaycan Universitetində hansı ixtisaslar TƏDRİS OLUNACAQ? – Nazirdən AÇIQLAMA

Türkiyə-Azərbaycan Universitetində hansı ixtisaslar TƏDRİS OLUNACAQ? – Nazirdən AÇIQLAMA

Hazırda oxunan: Türkiyə-Azərbaycan Universitetində hansı ixtisaslar TƏDRİS OLUNACAQ? – Nazirdən AÇIQLAMA

180471

Türkiyə-Azərbaycan Universitetinə tərəfdaş kimi cəlb olunacaq universitetlərin adları məlum olub

“Türkiyə-Azərbaycan Universitetində tədris prosesinə ilkin mərhələdə Türkiyədən Orta DoğuTeknik Universiteti, İstanbul Teknik Universiteti və Haccettepe Universiteti, Azərbaycanda isə Azərbaycan Texniki Universiteti tərəfdaş kimi cəlb olunacaqlar”.

Bizim.Media xəbər verir ki, bunu media nümayəndələri üçün keçirilən brifinqdə təhsil naziri Emin Əmrullayev deyib.

Nazir bildirib ki, növbəti tədris ilindən Universitetdə ilk olaraq texniki, texnoloji və mühəndislik ixtisasları üzrə 100 tələbənin qəbulunun həyata keçirilməsi nəzərdə tutulur. 
“Əsas profil mühəndislik olmaqla, növbəti tədris ilindən komputer elmləri, elektrik və elektronika mühəndisliyi, sənaye mühəndisliyi, proseslərin avtomatlaşdırılması mühəndisliyi, ekologiya mühəndisliyi kimi ixtisasların tədrisi nəzərdə tutulur. Gələcəkdə isə tibb təhsilinin tədrisini planlaşdırırıq”.

Tədrisin ilkin mərhələdə türk və ingilis dillərində aparılacağını deyən nazir akademik dəstəyin Türkiyə, inzibati, maliyyə dəstəyinin isə Azərbaycan tərəfindən göstəriləcəyini vurğulayıb.

“Burada həm azərbaycanlı, həm də türk müəllimlər çalışacaq. Həm Türkiyə-Azərbaycan, həm də Qarabağ Universitetində yeni tədris modelləri və ən yaxşı tələbə-müəllim kontingentinin formalaşdırılması hədəflənib,” – deyə nazir qeyd edib.

Nuranə Daxilqızı, Nicat Niftəliyev, Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO