“Məktəbdə həmişə uşaqlar bir-birilə savaşır” – Emin Əmrullayev 

“Məktəbdə həmişə uşaqlar bir-birilə savaşır” – Emin Əmrullayev 

Hazırda oxunan: “Məktəbdə həmişə uşaqlar bir-birilə savaşır” – Emin Əmrullayev 

180455

“Məktəbdə həmişə uşaqlar bir-biri ilə savaşır. Bunu hansısa formada sosial şəbəkələrdə çəkib yaymaq və müəllimlərin üzərinə getmək yanlışdır”.

Bizim.Media xəbər verir ki, bunu Elm və Təhsil naziri Emin Əmrullayev bu gün keçirilən brifinqdə deyib.

Hər bir ölkədə məktəblərdə xoşagəlməz hadisələr baş verir. Hadisələr müxtəlif səbəblərdən baş verə bilər və məktəbyaşlı uşaqlardan danışırıqsa, şagird qalır bir tərəfdə, günahkar axtarmağa çalışırıq. Biz dövlət qurumuyuq. Emosiya və istəklərlə yox, qanunvericiliklə fəaliyyət göstəririk.

Bu və ya digər hadisə vaş verəndə, hüquq-mühafizə orqanlarına müraciət etmək lazımdır.

Məsələlərə hüquqi qiyməti ancaq hüquq-mühafizə orqanları verə bilər. Əgər hüquq-mühafizə orqanı bu və ya digər şəkildə cinayətin baş verdiyini təyin edirsə, hadisəni törətməkdə təqsirli bilinən şəxs cəzalandırılır. Bu da məhkəmə qərarı olmadan baş verə bilməz. İnzibati xəta olanda da səlahiyyəti olan qurum həmin şəxsi cərimə edə bilər. Əgər hadisə cinayət və ya inzibati xəta deyilsə, xoşagəlməz hadisədisə, təbii ki ilk növbədə pedaqoji kollektiv məsələni yoluna qoya bilirsə, problem bitmiş olur”.

Nuranə Daxilqızı, Nicat Niftəliyev, Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO