Böyük Britaniyanın ölkəmizdəki səfiri Fergus Auld Qazax rayonuna səfər edib.
Bizim.Media xəbər verir ki, bu barədə diplomat özünün “X” hesabında məlumat verib.
“Qazaxa səyahətim möhtəşəm oldu! Burada ən sevdiyim Azərbaycan filmlərindən biri olan "Dəli Kür"ün çəkildiyi yerləri görmək və hətta filmdə gördüyüm eyni zəngi çalmaq imkanım oldu!”, - deyə səfir Azərbaycan dilində olan paylaşımında qeyd edib.
Bizim.Media