Tanınmış alimdən dini tənqid edənlərə müraciət:    “Hünəriniz varsa”¦”x9d

Tanınmış alimdən dini tənqid edənlərə müraciət: “Hünəriniz varsa”¦”x9d

Hazırda oxunan: Tanınmış alimdən dini tənqid edənlərə müraciət: “Hünəriniz varsa”¦”x9d

180363


Sosial şəbəkələrin bir çox üstünlükləri var: insanların özlərini təsdiqləmək, fikirlərini, düşüncələri diktə etmək, həmçinin, baş verən hadisələri ardıcıl izləmək imkanları var. Lakin bu sərbəstlikdən yararlanıb mənəvi, bəzən, milli dəyərlərə də hədyan qoşan insanlar çoxdu. Bu, təbii ki, bizim ölkənin sərhədləri ilə məhdudlaşmır. Dünyanın az qala, hər yerində sosial şəbəkələrdə bu məqamı hiss etmək mümkündür.xa0

Dinə ifrat meyl edən, onu həyatın yeganə qaynağı sanan insanlardan tutmuş, ateist düşüncəli şəxslərə qədər hamısı “qızıl orta”x9dnı pozaraq, öz düşüncələrini diktə etmək istəyirlər. Artıq 10 günə yaxındır ki, müqəddəs Ramazan ayının başlaması bir qrup şəxslərin ali islami dəyərlərə ironiya ilə yanaşmasını, kinayə obyekti kimi baxmasını sürətləndirib. Təəssüf ki, uydurduqları “din”x9ddən siyasi element kimi yaralanan xarici qüvvələr Ali İslamı bu gün də gözdən salmağa çalışırlar.xa0

Tanınmış alim, sosioloq Əhməd Qəşəmoğlu Moderator.az saytına açıqlamasında social şəbəkələrdə islama həqarətlə yanaşan şəxslərə müraciət edib:

“Ey yeri gəldi-gəlmədi İslamı tənqid edən, hay-haray qoparan insanlar! Qurani-Kərimin nurundan boy verən İslam bir məfkurədir, kainatın, yer üzünün nizamı haqda dərin xa0məlumat mənbəyidir. Dinlər, təriqətlər bu məfkurədən istifadə edərək, maraqlar, siyasətlər, məhdud dünyagörüşləri hesabına yaranmış idarəetmə sistemləridir. Şəriət cəmiyyətin, kütlənin həmin məfkurəyə uyğun yaşam tərzini tənzimləmək üçün ağıllı insanlar tərəfindən yaradılan, lakin daima təkmilləşməyə, cilalanmağa ehtiyacı olan normalar sistemidir. Dini elmlər bu sahədə etibarlı köməkçi vasitələrdir. Cəhalət, şəriətin nadan adamlar tərəfindən yozumudur, özləri üçün mənfəət alətidir. Siz, İslamı tənqid edəndə ümumən danışmayın! Belə ümumən danışmağın özü bir cəhalətdir! Hünəriniz varsa, həmin məfkurədən doğan daha mükəmməl şeylər yaradın! Həqiqi İslami məfkurə bütün yer üzündə sülh, nizam yaratmaq gücündədir. Heyif ki, bu gücün potensialı lazımi qədər açılmayıb. Orta əsr islam alimləri yer üzünü cəhalətdən qurtarmaq üçün çox işlər gördü. O alimlər dünyəvi elmləri diriltdilər, sistemə saldılar. Təəsüf ki, cəhalət içində olanlar onları da sıxdılar, susdurdular. Bununla da bütün Şərq dünyası özünü itirdi. Bu gün həyatımıza çamur kimi bulaşan mövhumat, yer üzündə qarşıdurma yaradan siyasət İslam deyil, İslam adından sui- istifadədir! Anlamaya-anlamaya Allah adından danışmaq, özündən uydurmaq, fətfa vermək allahsızlıqdır! Ey, “Quran ərəbə gəlib, ərəbindir”x9d deyib haray salanlar! Siz indiyə qədər hansısa bir elmin - məsələn fizikanın, riyaziyyatın, fəlsəfənin, biologiyanın və s. və s. hansısa bir millətə gəldiyini deyib, bizə “yaramaz”x9d deyən eşitmisinizmi? Gündə istifadə etdiyiniz texnikanı Sizin babalarınızmı yaratdı?!xa0


Əhməd Qəşəmoğlu İslamın möhkəmlənməsində türk amilinin də böyük rol oynadığını, bununla da bu ali dəyərə həqarətin həm də milli özünüdərkə qarşı bir iş olduğunu qeyd edir:

“Əslində, həqiqi İslami məfkurə elə türk ruhuna daha yaxındır. Məhz buna görə də İslamın yer üzündə mütərəqqi istiqamətdə möhkəmlənməsi türklərin xidmətidir. Orta əsrlərdə İslam elminin ən aparıcı alimləri də türklər idi. Dinsiz cəmiyyət mənəviyyatsızlığa, əxlaqi aşınmaya məhkumdur! Mütərəqqi din cəmiyyəti, insanları birləşdirən, idarə ediciləri ədalətli davranmağa, hər kəsə daima qəlb aləmindən bəhrələnməyə, onunla təmasda olmağa kömək edən bir mənəvi mexanizmdir. Türk dünyasının X əsrdən sonra intibahının, fatehliklərinin ən böyük gücü həm də islami dəyərlərdən daha çox faydalanmaq idi. Azərbaycanın ilk intibahı həmin bu dini dəyərlərdən daha çox bəhrələnməyə çalışan Səlcuqlar dövründə baş verdi... Ey İslamı tənqid edənlər! Onun yerinə qoymağa hansısa mükəmməl bir sisteminiz varmı? Varsa nədir?”x9d

Elmin Nuri

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO