Şəmsəddin Hacıyev keçmiş kürəkəninin evlənməsindən DANIŞDI: "Axmaq hərəkətdir"

Hazırda oxunan: Şəmsəddin Hacıyev keçmiş kürəkəninin evlənməsindən DANIŞDI: "Axmaq hərəkətdir"

180309

Eks millət vəkili Şəmsəddin Hacıyevin bu gün sabiq kürəkəni Seymur Orucovun toy mərasimini eşidərək xəstəxanaya yerləşdirilməsi ilə bağlı xəbər yayılıb. 

Bizim.Media xəbər verir ki, ”manset.az” məsələ ilə bağlı İqtisad Universitetinin keçmiş rektoru Şəmsəddin Hacıyev ilə əlaqə saxlayıb. 

O, açıqlamasında qızı Çeşmi Hacıyevanın Seymur Orucovdan 2 il bundan əvvəl boşandığını qeyd edib.  

“Bu çox axmaq hərəkətdir. Belə publik formada olmalı idi ya olmalı deyildi, qoy ona jurnalistlər cavab tapsın. Mənim qızım 2 il əvvəl ondan boşanıb. Mən niyə onun evlilik xəbərini eşidib xəstəxanaya düşməliyəm? Bu söhbətlər absurddur.” 
Qeyd edək ki, bu gün sabiq millət vəkili Şəmsəddin Hacıyevin keçmiş kürəkəni, Ağstafa rayon İcra hakimiyyətinin başçısı Seymur Orucovla tanınmış aparıcı Alidə Mustafayevanın şəhərin lüks restoranlarından birində toy mərasimi baş tutacaq. 

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO