Üzrlü səbəbdən imtahanda iştirak etməyən abituriyentlərə ikinci şans veriləcək? – Rəsmi AÇIQLAMA 

Hazırda oxunan: Üzrlü səbəbdən imtahanda iştirak etməyən abituriyentlərə ikinci şans veriləcək? – Rəsmi AÇIQLAMA 

180308

Xəbər verildiyi kimi, 3 və 10 mart tarixlərində abituriyentlər buraxılış imtahanı verəcəklər. Nəzərə alsaq ki, son günlərdə infeksion xəstəliklərin, xüsusilə qızılcanın yayılması halları artmaqdadır. 

İnfeksion xəstəliyə yoluxan və üzrlü səbəbdən imtahanda iştirak edə bilməyən abituriyentlər üçün əlavə imtahan təşkil olunacaqmı? 

Dövlət İmtahan Mərkəzinin mətbuat katibi Xanlar Xanlarzadə Bizim.Media-nın sorğusuna belə cavab verib:
 

MÖVZU İLƏ BAĞLI:

DİM-dən martın 10-da imtahan verəcək şagirdlərə MÜRACİƏT


“Bir qayda olaraq Dövlət İmtahan Mərkəzi tərəfindən keçirilən imtahanlarda iştirakçıların sağlamlığının qorunub saxlanılması məqsədilə yoluxucu və infeksion xəstəliyi olanlar imtahan binasına buraxılmırlar. Konkret buraxılış imtahanlarına gəldikdə isə onlar  zonalar üzrə müxtəlif günlərdə təşkil olunur. Bundan əlavə, başqa bir tarixdə əvvəlki illərin məzunları da eyni məzmunlu imtahan verirlər”. 

DİM sözçüsü bildirib ki, həmçinin Mərkəz tərəfindən yekun attestasiya ilə bağlı sentyabr ayında əlavə bir imtahan da keçirilir:

“Göründüyü kimi, üzrlü səbəbdən buraxılış imtahanlarında iştirak edə bilməyənlər üçün DİM tərəfindən kifayət qədər imkanlar yaradılır. Ancaq üzrlü səbəbdən buraxılış imtahanlarında iştirak edə bilməyənlər təsdiqedici sənədlərlə birlikdə imtahandan dərhal sonra – 1-2 gün ərzində DİM-ə müraciət etməlidirlər”. 

Buraxılış imtahanlarında şagirdlərdən imtahan binasına daxil olarkən yalnız bu sənədlər təlıb olunur.

- İmtahana buraxılış vərəqəsi; 

- Şəxsiyyəti təsdiq edən sənədin əsli.

Qeyd edək ki, şəxsiyyət vəsiqəsində şəkli olmayan iştirakçılar digər sənədlərlə yanaşı, təhsil müəssisəsi tərəfindən verilmiş və fotoşəkilləri yapışdırılmış arayışı (arayışa iştirakçının 3x4 sm ölçülü şəkli yapışdırılır və şəkil möhürlə təsdiqlənir)”.

Nuranə Daxilqızı, Bizim.Media


 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO