Açıq şəkildə satılan qida məhsullarının istehsal tarixi niyə göstərilmir? – AÇIQLAMA 

Açıq şəkildə satılan qida məhsullarının istehsal tarixi niyə göstərilmir? – AÇIQLAMA 

Hazırda oxunan: Açıq şəkildə satılan qida məhsullarının istehsal tarixi niyə göstərilmir? – AÇIQLAMA 

180276

Bu gün istehlak etdiyimiz məhsulların bəzilərinin üzərində  istehsal tarixi və yararlılıq müddəti yazılmır. Xüsusilə də, əksər ticarət şəbəkələrinin vitrinində açıq şəkildə satılan şirniyyatların üzərində heç bir qeydiyyat yoxdur. Hətta həmin məhsulların harada istehsal olunduğunu da bilmək olmur.

Məsələ ilə bağlı fikirlərini Bizim.Media ilə bölüşən Azad İstehlakçılar İctimai Birliyinin sədri Eyyub Hüseynov bildirdi ki, istehsalçılar bu yolla mallarını uzunömürlü etmək istəyirlər:

“Bu gün bütün ticarət şəbəkələrində rəflərə açıq şəkildə düzülmüş qida məhsullarının üzərində nə istehsal tarixi yazılıb, nə də ki, istifadə müddəti. Bilmək olmur ki, həmin şirniyyatlar nə zamandan bu rəfdədir. Bu biabırçı fakt digər məhsullarda da var. Məsələn, spirtli içkilərin 90 faizinin üzərində istehsal və yararlılıq tarixi yoxdur. 

Hətta tütün məhsullarında da oxşar vəziyyətdir. Bu gün siqaretlərin üzərində ancaq istehsal tarixi yazılır. Halbuki, siqaretlərin dünyada etibarlılıq müddəti 1 ildən artıq deyil. Amma bizdə məhdudiyyət yoxdur”.
Müsahibimiz məhsulun üzərində istehsal tarixi və yararlılıq müddətinin yazılmamasının ciddi qanun pozuntusu olduğunu vurğulayıb.

Surxay Atakişiyev, Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO