Laçın istiqamətində azan əsgərimizi erməni hərbçilər SAXLAYIB 

Hazırda oxunan: Laçın istiqamətində azan əsgərimizi erməni hərbçilər SAXLAYIB 

180261

Ermənistan tərəfi Laçında əlverişsiz hava şəraitində azan Azərbaycan Ordusunun hərbçisinin saxlanıldığını açıqlayıb. 

Bizim.Media xəbər verir ki, bu barədə Ermənistan Milli Təhlükəsizlik Xidməti məlumat yayıb. 
 

MÖVZU İLƏ BAĞLI:

SON DƏQİQƏ: Hərbçimiz Laçında istiqamətini itirərək azıb


Bildirilib ki, Sünik vilayətinin Tex kəndi yaxınlığında sərhədi keçən Azərbaycan əsgəri saxlanılıb. 

Qeyd edək ki, Azərbaycan Müdafiə Nazirliyindən bildirilib ki, fevralın 28-i səhər saatlarında Azərbaycan Ordusunun əsgəri Pənahov Ruslan Eldəniz oğlu Laçın rayonu ərazisindəki xidməti mövqelər arasında hərəkət edərkən əlverişsiz hava şəraitində istiqaməti itirərək azıb. Hərbi qulluqçumuzun tapılması məqsədilə dərhal başlanılan axtarış tədbirləri davam etdirilir. Hadisə ilə bağlı ictimaiyyətə əlavə məlumat veriləcək. 

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO