İsmayıllıda ağır yol qəzası baş verib, yaralılar var.
Bizim.Media-nın Aran bürosu xəbər verir ki, qəza Qəbələ-İsmayıllı-Şəki yolunun Xanagah kəndindən keçən hissəsinin 35-ci km-də baş verib.
Hadisədə xəsarət alan 1960-cı il təvəllüdlü Ağdaş rayon sakini və 1977-ci il təvəllüdlü Ucar rayon sakini İsmayıllı Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.
Hazırda həkimlər və tibbi heyət tərəfindən onlara zəruri yardım göstərilir. Xəsarət alanlardan birinin vəziyyəti ağır, digərinin isə orta-ağır qiymətləndirilir.
![](http://ssl.bizim.media/file/articles/2024/02/28/1709109192_photo_5402504126459402061_y.jpg)
![](http://ssl.bizim.media/file/articles/2024/02/28/1709109201_photo_5402504126459402060_y.jpg)