Sumqayıt hadisələrindən 36 il ötür

Hazırda oxunan: Sumqayıt hadisələrindən 36 il ötür

180202

Bu gün - fevralın 28-də ermənilərin təxribatı ilə törədilmiş Sumqayıt hadisələrindən 36 il ötür. 

Bizim.Media xatırladır ki, 1988-ci il fevralın 28-də baş vermiş bu hadisələr SSRİ Dövlət Təhlükəsizlik Komitəsinin erməni millətçiləri ilə birgə Azərbaycana qarşı təşkil etdiyi və həyata keçirdiyi təxribatlardan biri olub. 

Azərbaycanlılara qarşı soyqırımı və deportasiya siyasəti aparan erməni millətçiləri həmin gün daha bir təxribata əl atıblar.

Məqsəd isə dünya ictimaiyyətində yanlış rəy formalaşdırmaq, anti-Azərbaycan əhval-ruhiyyəsi yaratmaq idi.
Bu qanlı ssenari ilə guya ermənilərin əzildiyi, haqlarının tapdalandığı dünya ictimaiyyətinə təqdim edilməklə, əslində, azərbaycanlılara qarşı həyata keçirilən soyqırımı, işğalçılıq siyasətinin əsası qoyulub. Sumqayıtda etnik zəmində törədilən iğtişaş həmin dövrdə bu sıradan olan məqsədyönlü təxribatların kulminasiyası idi.

1988-ci ilin yanvar-fevral aylarında, şəhərdə fəaliyyət göstərən 14 əmanət kassasından milliyyətcə erməni olan 84 əmanətçi tərəfindən 143 min 64 rubl məbləğində əmanətlər götürülüb.

Sumqayıtda baş verən hadisələrdə Ermənistan və SSRİ xüsusi xidmət orqanları tərəfindən birgə hazırlanan təxribat qrupları əsas rol oynayıb. İğtişaşlar zamanı 32 nəfər, o cümlədən 6 Sumqayıt sakini həyatını itirib.

Bu hadisənin hüquqi əsaslarla araşdırılması və cinayətin təşkialtçılarının məsuliyyətə cəlb olunması üçün dövlətimizin başçısı İlham Əliyevin göstərişi ilə Azərbaycan Respublikasının Baş prokurorluğu tərəfindən bu iş təkrar icraata götürülüb və istintaq aparılıb.
1988-ci ilin fevralına qədər Sumqayıtda etnik zəmində hər hansı qarşıdurma olmayıb və bu gün də Sumqayıt digər Azərbaycan şəhərləri kimi çoxmillətli və çoxkonfessiyalı xüsusiyyətini saxlamaqdadır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO