Mədəniyyət beşiyi olan Qarabağda İncəsənət Universiteti yaradılacaq? – EKSKLÜZİV   

Hazırda oxunan: Mədəniyyət beşiyi olan Qarabağda İncəsənət Universiteti yaradılacaq? – EKSKLÜZİV   

180155

Xəbər verildiyi kimi, 2024-2025-ci tədris ilində Xankəndidə “Qarabağ” Universiteti fəaliyyətə başlayacaq. Universitetdə ilkin mərhələdə 1000 nəfərə yaxın tələbənin təhsil alması nəzərdə tutulur. 

Mədəniyyətimizin beşiyi olan Qarabağda həmçinin Mədəniyyət və İncəsənət Universitetinin, yaxud həmin ali təhsil ocağının filialının  yaradılacağı ilə bağlı da fikirlər səsləndirilir. 

Bəs bu təklif reallaşa bilərmi? 

Məsələ ilə bağlı Elm və Təhsil Nazirliyindən Bizim.Media-nın sorğusuna eksklüziv açıqlama verilib:

“Qarabağ Universitetinin tərkibində İncəsənət fakültəsi olacaq” – deyə bildirilib.

Qeyd edək ki, “Qarabağ” Universitetində birinci tədris ilində ilk mərhələdə 24 ixtisas tədris olunacaq. Növbəti mərhələdə ixtisas seçimlərinin sayı artırılacaq. 

Nuranə Daxilqızı, Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO