Bakıda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi törətməkdə təqsirləndirilən Rəşid İbrahimovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.
Bizim.Media xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilən iş hakim Əhməd Quliyevin icraatına verilib.
Qeyd edək ki, hadisə bu il fevral ayında Qaradağ rayonunun Qobustan qəsəbəsində baş verib.
Bakı şəhər sakini R.İbrahimov idarə etdiyi “VAZ-2107” markalı avtomobillə evinin qarşısında oynayan 2013-cü il təvəllüdlü, 2-ci sinif şagirdi Nəcəfzadə Kənan Elnur oğlunu vurub. Azyaşlı xəstəxanaya çatdırılsa da, onun dünyasını dəyişdiyi məlum olub.
R.İbrahimova Cinayət Məcəlləsinin 263-1.3-cü (yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarını sərxoş halda və ya nəqliyyat vasitələrini idarə etmək hüququ olmayan şəxs tərəfindən pozma ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə ittiham verilib.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
09:13 / 16.04.2021
2-ci sinif şagirdini öldürən sürücü hakim qarşısına çıxır – Sərxoş olub
Hazırda oxunan: 2-ci sinif şagirdini öldürən sürücü hakim qarşısına çıxır – Sərxoş olub
Hazırda oxunan: 2-ci sinif şagirdini öldürən sürücü hakim qarşısına çıxır – Sərxoş olub
18015
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.