Sumqayıtda 38 500 abonentin qaz təchizatında fasilə yaranacaq.
Bizim.Media xəbər verir ki, bu barədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyinin Sumqayıt Qaz İstismar Sahəsindən məlumat verilib.
Bildirilib ki,Sumqayıt şəhəri “Şəhər-4” təzyiqli qaz kəmərində “Təmiz Qaz” QSC tərəfindən aşkarlanmış qaz sızmalarının aradan qaldırılması və d-200 mm-lik RDUK baypas xətlərinin d-108 mm-likdən 159-mm-lik boru ilə əvəzlənməsi əlaqədar olaraq fevralın 28-də saat 10:00-dan etibarən işlər yekunlaşana qədər Sumqayıt şəhərinin Corat bağları, Novxanı bağları, Saray bağları, Ceyranbatan, Yaşıl dərə yaşayış massivi, Qurd dərəsi, Novruz qəsəbəsi, Təzə və köhnə Corat, 10, 11, 12, 13, 16, 17, 18, 20, 21-ci mikrorayonlar, 47, 48, 49, 50, 51, 52-ci məhəllə ərazilərinin 38 500 sayda əhali abonentinin qaz təminatında məhdudiyyətlər yaranacaq.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
17:23 / 27.02.2024
Sabah Sumqayıtda 38 500 abonent qazsız qalacaq
Hazırda oxunan: Sabah Sumqayıtda 38 500 abonent qazsız qalacaq
Hazırda oxunan: Sabah Sumqayıtda 38 500 abonent qazsız qalacaq
180136
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.