Xocalının İncisi: "Haray" şəklindəki körpə bu gün - FOTO 

Hazırda oxunan: Xocalının İncisi: "Haray" şəklindəki körpə bu gün - FOTO 

180118

32 il bundan öncə 18 yaşlı xilaskarı Nigar Cəfərovanın qucağında fotosu çəkilmişdi İncinin. Həmin foto Xocalı faciəsinin simvoluna çevrilib. Hətta o şəklin əsasında Bakıda “Ana harayı” abidəsi ucaldılıb. 

Bizim.Media “azvision.az”a istinadən xəbər verir ki, İnci İmani hazırda Ramana qəsəbəsində yaşayır, 32 yaşı var. 

“Həmin foto çəkiləndə 4 aylıq olmuşam. Şəkildə məni qucağında saxlayan nənəmin qardaşıqızı Nigar xanımdır. Onun dediyinə görə, bizi əsirlikdən Şelli camaatı xilas edib. Həyatımı həm də Nigar xanıma borcluyam. Ağdama qədər məni əlindən yerə qoymayıb". 

İnci deyir ki, bu yaxınlarda Xocalıya səfərlə bağlı ona da təklif gəlmişdi: 

"İki övladım var, azyaşlı olduqları üçün onları qoyub gedə bilmədim. Xocalı faciəsi zamanı anam Telli Eyvazova öz anası Güllünü və atası Sadıq Ağalarovu, atam Dadaş kişi isə qardaşı Hidayəti itirib. Onlar Xocalının qarlı meşəsində donub ölüblər. Ailədə məndən savayı 25 və 30 yaşlarında iki qardaşım da var. Anam və atam sağdılar. Xocalıya köç başlayanda biz də gedəcəyik”. 














Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO