Həmkarını təhdid edən Şəbnəm Tovuzlunu hansı CƏZA GÖZLƏYİR? – VİDEO 

Hazırda oxunan: Həmkarını təhdid edən Şəbnəm Tovuzlunu hansı CƏZA GÖZLƏYİR? – VİDEO 

180104

Müğənni Şəbnəm Tovuzlunun bu yaxınlarda sosial şəbəkə üzərindən etdiyi bir paylaşım ciddi müzakirələrə yol açıb. Belə ki, ifaçı həmkarı Peyman Keyvali barədə ağır ifadələr işlədib. Şəbnəm “Sənin başın əziləcək”, “Etməsən, kişi deyilsən” kimi ifadələrlə onu təhdid edib.

Bəs, Şəbnəm Tovuzlunun bu təhdidləri hansı hüquqi məsuliyyət yaradır?

Məsələyə Azərbaycan Vəkillər Kollegiyasının üzvü Əsabəli Mustafayev aydınlıq gətirdi. Bizim.Media-ya açıqlamasında o bildirdi ki, Azərbaycan qanunvericiliyində KİV-lərdə hər hansı bir şəxsi təhqir etməyə görə Cinayət Məcəlləsinin 148-ci maddəsi var:
 

MÖVZU İLƏ BAĞLI:

Şəbnəm Tovuzlunu məhkəməyə verən Şəbnəm Tapdıqdan efirdə barışıq cəhdi - VİDEO


“Həmin maddəyə əsasən təhqirə görə ən ağır cəza 6 ay azadlıqdan məhrumetmədir. Amma burada pul cəzası da var. Təhqir edən tərəf məhkəmənin qərarı ilə 1000 manatdan 1500 manatadək cərimələnə bilər.

Üstəlik, təhqir edən tərəf ictimai işlərə də cəlb edilə bilər. Bunun üçün qarşı tərəf xüsusi ittiham qaydasında məhkəməyə müraciət etməlidir və məhkəmədə özünün təhqir olunduğunu sübut etməlidir. 

Bir çox hallarda məhkəmə söylənən fikirlərdə təhqirin olub-olmamasını müəyyən etmək üçün linqvistik ekspertiza təyin edir. Yalnız həmin ekspertiza müəyyən edir ki, səslənən fikirlərdə təhqir var, ya yox. Ekspertiza rəyindən sonra məhkəmə müvafiq qərar verir”.

Surxay Atakişiyev, Bizim.Media 
 
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO