Su pulu yığan 43 yaşlı kişi 12 manata görə öldürüldü - Tərtərdəki qətlin TƏFƏRRÜATI/VİDEO 

Su pulu yığan 43 yaşlı kişi 12 manata görə öldürüldü - Tərtərdəki qətlin TƏFƏRRÜATI/VİDEO 

Hazırda oxunan: Su pulu yığan 43 yaşlı kişi 12 manata görə öldürüldü - Tərtərdəki qətlin TƏFƏRRÜATI/VİDEO 

180071

Tərtərdə baş verən qətlin bəzi təfərrüatları məlum olub. 

Bizim.Media “apa.az”a istinadən xəbər verir ki, hadisə zamanı qətlə yetirilən 1981-ci il təvəllüdlü Şəmilov Elburus Cəbrayıl oğlu rayonun Suvarma sistemleri idarəsinin işçisi olub.

Zərərçəkən Buruc kəndi ərazisində əkin sahələrinə görə su pulu yığan zaman 1971-ci il təvəllüdlü Hüseynov Muradxan İsa oğlu mübahisə edib. 

Muradxan Hüseynov pulu olmadığını və əkin sahəsinə görə suyun ödənişini edə bilməyəcəyini bildirib. Bu zaman tərəflər arasında söyüş üstündə mübahisə yaranıb. Muradxan Hüseynov Elbrus Şəmilovu kəsici alətlə qətlə yetirib. 

Hadisəni törədən şəxs tutulub, faktla bağlı rayon prokurorluğunda cinayət işi başlanılıb. 

Onu da qeyd edək ki, qətlə yetirilən Elburus Şəmilov barəsində cinayət işi olub və məhkəmənin icraatında imiş. 
 

Bizim.Media
 
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO