Kanalda batan 11 yaşlı uşağın axtarışı ilə bağlı BU ADDIM ATILDI

Kanalda batan 11 yaşlı uşağın axtarışı ilə bağlı BU ADDIM ATILDI

Hazırda oxunan: Kanalda batan 11 yaşlı uşağın axtarışı ilə bağlı BU ADDIM ATILDI

180052

İmişli rayonunda kanalda batması ehtimal olunan 11 yaşlı uşağın axtarışı ilə bağlı Cənubi-Muğan kanalının Biləsuvar hissəsinə suyun verilməsi müvəqqəti dayandırılıb.

Bizim.Media xəbər verir ki, fevralın 28-i günün ikinci yarısı suyun kanala verilməsi gözlənilir.

Qeyd edək ki, 26 dekabr 2023-cü il tarixində İmişli rayonu, Qaragüvəndikli kəndində, Boztəpə kanalında batması ehtimal olunan 2013-cü il təvəllüdlü Rasim Vasif oğlu Xankişiyevin axtarışları Fövqəladə Hallar Nazirliyinin qüvvələri tərəfindən davam etdirilir.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO