Lənkəran sakinləri 15 kq narkotiklə tutuldular - FOTO 

Lənkəran sakinləri 15 kq narkotiklə tutuldular - FOTO 

Hazırda oxunan: Lənkəran sakinləri 15 kq narkotiklə tutuldular - FOTO 

180043

Lənkəran sakinləri Yardımlıda 15 kiloqram narkotiklə saxlanılıblar. 

DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan Bizim.Media-ya verilən məlumata görə, Yardımlı Rayon Polis Şöbəsinin əməkdaşlarının daxil olmuş məlumat əsasında Masallı -Yardımlı yolunun 39-cu kilometrliyində keçirdikləri əməliyyat zamanı narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən Lənkəran sakinləri Xəyal Əlizadə və əvvəllər məhkum olunmuş Valeh Əhmədov "Vaz 2106" markalı avtomobildə saxlanılıblar. 

Polis əməkdaşları tərəfindən həmin nəqliyyat vasitəsinə keçirilən baxış zamanı saxlanılan şəxslərə məxsus olan 1 ədəd torbanın içərisindən 15 kiloqramdan artıq marixuana aşkarlanaraq götürülüb. V.Əhmədov və X.Əlizadə barəsində həbs qətimkan tədbiri seçilib. 
Hazırda faktla bağlı istintaq-əməliyyat tədbirləri davam etdirilir. 




Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO