Korotçenko:

Korotçenko: "Azərbaycan Xocalı soyqırımını törədən bütün cinayətkarları cəzalandıracaq”

Hazırda oxunan: Korotçenko: "Azərbaycan Xocalı soyqırımını törədən bütün cinayətkarları cəzalandıracaq”

180035

Bu gün hamımızın tələb etdiyi Xocalıya ədalət, ilk növbədə, günahsız mülki qurbanların xatirəsinə ehtiramın təcəssümüdür.

Bizim.Media xəbər verir ki, bunu Xəzər Strateji Araşdırmalar İnstitutunun baş direktoru, rusialı hərbi ekspert İqor Korotçenko deyib.

"Bu gün Azərbaycanın dostları, hər hansı xüsusi mövqe tutmayan sadəcə xoşməramlı insanlar bu faciəyə dərin hüznlə kədərləndiklərini ifadə edirlər. Xocalıda yaralanmış uşaqların, qocaların həlak olduğu və dinc əhaliyə qarşı divan tutulduğu dəhşətli qətliamı törədən erməni hərbi cinayətkarlarının axtarılması və cəzalandırılması ilə bağlı ədalətli tələbləri dəstəkləyirlər. Bu gün hamımızın tələb etdiyi Xocalıya ədalət, ilk növbədə, günahsız mülki qurbanların xatirəsinə ehtiramın təcəssümüdür. Onlar o vaxtkı Ermənistanın ərazi iddiaları irəli sürmüş, Sovet İttifaqının dağılmasının təşəbbüskarı olmuş və bu çoxillik, qanlı, müasir tarixdə misli-bərabəri görünməmiş münaqişəyə səbəb olmuş dəhşətli siyasətinin qurbanına çevriliblər”, - deyə politoloq bildirib.

İ.Korotçenko Azərbaycanda ədalətin artıq bərpa olunduğunu vurğulayıb:

“Eyni zamanda, biz məmnunluqla qeyd edirik ki, Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin bərpası ilə bağlı haqq-ədalət İkinci Qarabağ müharibəsinin yekunları, eləcə də 2023-cü ildə həyata keçirilən antiterror tədbirləri sayəsində bərqərar olub. Bu gün Azərbaycan bütün işğalçılardan tamamilə azaddır. Ölkə sürətlə inkişaf edir, müharibənin yaraları sağalır, məcburi köçkünlərin doğma yurdlarına qayıtmaları üçün genişmiqyaslı proqram qəbul edilib. Mən əminəm ki, müasir Azərbaycan Xocalıda dəhşətli soyqırımı törətmiş bütün cinayətkarları cəzalandıracaq”.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO